Tanınmış rusiyalı jurnalist və "Russia Today" telekanalının direktoru Marqarita Simonyan Ermənistan hakimiyyətinə qarşı kəskin tənqidlərlə gündəmə gəlib.
Virtualaz.org bildirir ki, M.Simonyan qəzəbli postunu “Facebook” sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.
“Sizin internet qoşunlarınız mənim sosial şəbəkələrimi mövqemi bildirmək tələbi ilə (lovğa və aqressiv şəkildə) peyinlə doldurublar. Xahiş etdilər - bildirirəm: Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz?
Rusiyadan uzun illər gördüyünüz xeyirxahlığa və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir.
Sırf siyasi qisas xatirinə Rusiyanın daimi müttəfiqi olan Robert Köçəryanı həbs etdiniz. Məqsədli, nümayişkəranə şəkildə həbs etdiniz, birbaşa öz rus dostlarınızın üzünə tüpürərək. Çünki bu, Ermənistanın daxili işidir.
Siz ölkəni Rusiyada hökuməti necə devirəcəyinizi öyrətdiyiniz anti-Rusiya QHT-ləri ilə doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir.
Siz rusiyalı erməni iş adamlarını qovdunuz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir.
Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə (məsələn, mənə) çirkab atırlar. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə - rus ermənilərinə və "həqiqi" insanlara - bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. Çünki bu, Ermənistanın daxili işidir.
İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi?
Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün şərlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var?
Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək", - deyə Marqarita Simonyan yazıb.

Şərhlər
İndi hər dəfə səbir gətiriləndə o, havada tutulub araşdırılacaq ki, görək içindən nə çıxır???....)))) mən gərginliyi, vəziyyəti başa düşürəm, amma mövqe də bildirilib axı......yazmaq, fikirləşmək, yenə də yazmaq - bu təbii haldır. Hətta ən mürəkkəb və anlaşılmaz nəzəri sualın, yazının belə sadə misallar üzrə məntiqi izahı olmalıdır ki, müzakirələr zamanı həvəskərlarda yanlış istək yaranmasın. Əlavə izahat tələb olunur???....))))) uğurlar, ürəkdən....
…havalar isti keçir, sərinlə.....))))) https://www.youtube.com/watch?v=JY6lGPFUiac https://www.youtube.com/watch?v=2mkovoPmyrY
ermeni fahisheliyinin en uca zirvesi marqarita simonyan ve kim kardashyan
Cirkin siyaset
İndi orta məktəb şagirdləri de yaxşı bilir ki , Rusiya elə Ermənistan deməkdir qalanı teferruatdir ...Oturub hansısa axcinin bir tezisine sevinmək en azından sadəlövhlükdur .
Bu qadin bizim dusmenimizdi. Pasinyani tenqit etsede bir Nov onu musteqil ve demokrat kimi gosteris.. Siz niye bu meqalenin tirajlayirsiniz? Basa dusulen deyil
... “Raşa to day” Rusiya hökumətinin dünyaya (!!!) rəsmi təbliğat maşınıdır, nəşriyyat Rusiya rəsmi dairələrinin mövqelərini dünya ölkələri üçün əsaslandırır (o cümlədən ABŞ-da) və belə təbliğat maşınına M. Simonyan başçılıq edir. Bu adam Putini səfərlərində müşahidə edir, dəfələrlə onun tərəfindən şəxsən dövlət mükafatları alıb – belə adamın yazdığı boş sey ola bilməz....əgər kimsə fikirləşirki, ona bir dəfə “axçi” deməklə onu darmadağın elədi, çox böyük səhv edir......o “axçi” deyilən indiki vəziyyətdə çoxlarını susuz aparıb susuz gətirər....
AYE,BOW WEYDI,NIYE SEVINIRSINIZ.QIRILDATMAQ BIZLIKDI
Axçi öz yazısı ilə Azərbaycan vətəndaşlarına da demək istəyir ki,bütün bəlalarınızın səbəbkarı Rusiyadır.Yəni,ermənilərin yanında duran da Rusiyadır.ermənilərə xatırladır ki,Rusiyanın altından qalxmayın.Rus olmasa saizi məhv edərlər.Bu yazının sayta çıxarılmasına ehtiyac yox idi.
Müraciətin 2 ünvanı var: birinci, ermənilərə - “А теперь, когда на вашей границе война, когда само существование вашего режима под угрозой, когда армяне всего мира уже видят ожившие призраки янычар с кривыми ножами (!!!), которыми резали наших предков, вы вспомнили, что Россия снова должна вас спасать”;....... ikinci, bizə - ”Россия..... Я уверена. Поможет и в этот раз”......müraciət ermənilərdə çox kəskin reaksiya yaradıb, əgər ümumiləşdirsək belə olur - “Моральная проститутка - хуже физической”...bax: https://vk.com/wall561960677_11869; ….bizim jurnalistlər də araşdırma aparıb qiymətləndirmə verə bilərdi...bu adan Rusiya FTX (ФСБ) ilə əlaqəli adamdır... təkcə bu material təsdiq üçün yetərlidir https://www.rosbalt.ru/russia/2020/03/10/1831905.html ....münasibətin olmaması, daha pisi isə müraciəti sevincək qarşılamağımız – məncə zəifliyimizdir !!!
RUS XALQI TƏLXƏK TİQRAN VƏ ARVADI MARQARİTA CÜTLÜYÜNƏ NİFRƏT EDİR. ERMƏNİ HƏYASIZLIĞI İLƏ YAZILMIŞ BU YAZININ MƏQSƏDİ erməniləri SÖYMƏK DEYİL, TÜLKÜ KİMİ PUTİNƏ YALVARMAQDIR Kİ, BİZİ QIRIRLAR AMANDI KÖMƏK EYLƏYİN.
Noolsun bu sensasiya deyil))simonyan bizim dûshmanimiz , rusdarin dostudu !!!! Bosh sheylerdi