Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.


Şərhlər
Bu qadağalar kimə xidmət edir? 100 faiz insanlara xidmət etmir.Əksinə,olduqca ağır effekt verir.İnsanlarda stress artıir,əsəbi hallar yüksəlir,hakimiyyətlə vətəndaşlar arasında uçurum dərinləşir.İnsan sağlam olduğu halda insan kimi yaşam hüquqlarından məhrum edilir.
Günəşi dənizi əlimizdən almayın. Millət yaman gündədir.