Menu

"Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik" - Şahmar Mövsümov

20.07.2020, 18:22
"Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik" - Şahmar Mövsümov

"Bakıdan rayonlara çıxışın qadağan olunduğu vaxtlarda bir qrup insan qanunsuz yolla paytaxtı tərk etməyə nail oldu və onlar getdikləri yerlərdə yoluxma sayının artmasına səbəb oldu".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Bu artıq sübut olunmuş faktdır ki, Bakı açılan kimi rayonlarda yoluxma artır. Odur ki, bir qədər səbr edək, yoluxmaların sayını idarə olunan həddə endirək, ən ideal halda bilək ki, yoluxan insan haradadır və kimdən yoluxub. Biz buna nail olsaq, epidemiya nəzarət və idarə olunan formaya düşəcək. Bu istiqamətdə də iş gedir. Tədricən bütün Azərbaycan əvvəlcə "sarı zona"ya, sonra isə "qırmızı zona"ya keçəcək. Bu gün Bakıdan rayonlara getmək imkanı yarada bilmərik və bunu etsək, əldə etdiyimiz nailiyyəti itirə bilərik. Bəzən deyirlər ki, rayona gedib evdə oturacağıq, axı bu mümkün deyil. Harasa getmək, nə isə almaq lazım olur, istənilən halda ünsiyyətdə olursunuz, bu da ruskləri artırır", - o qeyd edib.

Şərhlər

Adil 2020-07-21 00:52:14

Taxsi klientden 50/60azn ( baxir hardan hara ) slir aparir .Maraqlidi nece ?? belke bilirsiz Shahmar mellim ?

Eko 2020-07-21 00:47:40

Kim isteyir qedir rayona , Sen yat .... Postlardan kecmeyi ise hami bilir nece kecirler

Aqil 2020-07-20 20:58:50

Allah rəhmət eləsin. Onsuz da biz də öləcəyik. Ancaq deyəcəm M.Abbassadənin rəhmətlik qızına necə oldu icazə verdiniz rayona getməyə. Siz hamınız beləsinzi. Millətin haram pulunu sağa sola xərcliyir,milləti isə içəridə saxlayırsınız. Bir gün bu millət sizdən soruşacaq bunları

Mövsümov cənablarına 2020-07-20 20:48:55

Niyə sağlam insan sərbəst hərəkət etməkdən məhrum edilməlidir? Müəyyən şərtlər daxilində insanlara yerdəyişmə imkanı verilməlidir.l.

Vətəndaş 2020-07-20 20:36:02

Bəs bu aylar ərzində inanlar rayonlara necə gediblər? Niyə bu rüşvət halları açıqlanmır.Axı hər yerdə polis postları mövcuddur. Deməli polis rüşvətlə məşğuldur?

Sənan 2020-07-20 18:35:44

İndi icazə verin heç olmasa uşaqlar yaşlılar dəniz qırağına gedib dəniz suyu, günəş, qum vannası qəbul etsinlər. Hamı xəstədir. həm də psixoloji durum da kritik vəziyyətdədir. İsti havada 40 dərəcə istidə kiçik havasız evlərdə 50-55 dərəcə olur. Dözmək mümkün deyil. Bizim sizin kimi kef çəkməyə imkanımız yoxdur. Sizin kimi bizim milyardlarımız villalarımız,elit binalarda mənzillərimiz, 10 minlik kondisoner, hovuzlarımız yoxdur. Təbiətin bizə verdiyi pulsuz müalicəni də əlimizdə almayın. İnsan olun. İnsan gərək şah da olsa, nökər də olsa insanlığı yaddan çıxarmasın. 15-20 gün heç olmasa icazə verin. Sonra yenə öz oyununuzu davam edərsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol