Menu

Koronavirusa qarşı vaksinin klinik sınaqları uğurla yekunlaşıb - Rusiyada

21.07.2020, 00:08
Koronavirusa qarşı vaksinin klinik sınaqları uğurla yekunlaşıb - Rusiyada

İyulun 20-də Rusiya Müdafiə Nazirliyi koronavirusa qarşı vaksinin klinik sınaqlarının fazasının uğurla başa çatdığını xəbər verib. Sınaqlar akadamik N.Burdenko adına Baş hərbi klinikanın bazasında Qamalei adına Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzi ilə birgə həyata keçirilib.

«İyulun 20-də səhər könüllülərin 20 nəfərdən ibarət ikinci qrupu hərbi hospitaldan buraxılıb. Buraxılışdan əvvəl könüllülər tədqiqat protokoluna uyğun olaraq, yekun müayinədən keçiriliblər və qanın nəzarət analizini veriblər. Analizin nəticələri birmənalı olaraq, bütün könüllülərdə vaksinasiya nəticəsində immun cavabının əldə olunduğunu göstərir» - Müdafiə Nazirliyinin relizində deyilir.

Nazirlikdə qeyd ediblər ki, vaksinin sınağı qüvvədə olan qanunvericiliyin və elmi metodologiyanın tələblərinə tam uyğun şəkildə, tədqiqatın müddətinin hər hansı ixtisarı olmadan həyata keçirilib. Könüllülərin sağlamlığına yönəlik heç bir kənar teffek, ağırlaşma və ya arzuolunmaz reaksiya, şikayət qeydə alınmayıb.

«Əldə olunmuş müsbət effektin, vaksinin təhlükəsizliyinin və «düşərli» olmasının təsdiqi üçün bütün könüllülər vaksinasiyadan sonra 42-ci sutkada yenidən nəzarət müayinəsindən keçiriləcəklər» - deyə, idarədə əlavə ediblər.

Sınaqlar zamanı əldə olunmuş məlumatlar işlənmək, qiymətləndirmək və vaksini dövlət qeydiyyatından keçirməyə hazırlamaq üçün Milli epidemiologiya və mikrobiologiya tədqiqat mərkəzinə ötürüləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol