Menu

ABŞ prezidenti dünya müharibələrini "gözəl" adlandırıb – “İki gözəl müharibəni udmuşuq”

21.07.2020, 00:11
ABŞ prezidenti dünya müharibələrini "gözəl" adlandırıb – “İki gözəl müharibəni udmuşuq”

«Amerika Birləşmiş Ştatları (ABŞ) iki «gözəl dünya müharibəsini» udub» - ABŞ prezidenti «Foks Nyus» telekanalına müsahibəsində bu sözlərlə seçilib.

Bu fikir Konfederasiya hərbi rəislərinin şərəfinə adlandırılmış hərbi bazaların yenidən adlandırılması məsələsini emosional formada şərh edərkən dilə gətirilib.

Tramp ABŞ-ın hərbi qələbələrinə hörmət etməyə və öz qəhrəmanlarını qiymətləndirməyə çağırıb - bu məsələni cəmiyyətdəki irqi problemlərlə əlaqələndirmədən.

««Fort Breqq», «Fort Robert Li» - fortlar bu adları uzun müddət daşıyıb. Hərbçilərin nə dedikləri məni qayğılandırmır. Biz, iki dünya müharibəsini udmuşuq, iki gözəl dünya müharibəsini, qəddar və iyrənc müharibələri, və biz, onları «Fort Breq»dən udmuşuq, biz onları bu fortlardan udmuşuq» - Tramp bildirib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol