Menu

Goranda yük avtomobili maneə çırpılaraq yanıb

21.07.2020, 00:30
Goranda yük avtomobili maneə çırpılaraq yanıb

Bakı-Qazax avtomobil yolunda qəzaya düşən yük avtomobili yanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Goran ərazisində qeydə alınıb.

Arakəsməyə çırpılan yük avtomobili yanmağa başlayıb.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Yolda tıxac da yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol