İran Rusiya Federasiyasından yeni növ silahlar almaqda maraqlıdır.
“Report” xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazım Cəlali “Kommersant” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran Rusiya ilə müdafiə qabiliyyətini gücləndirmək üçün məsləhətləşmələr aparmaq niyyətindədir.
“Rusiyanın hərbi-texniki sahədə böyük imkanları var. İran ümid edir ki, bu sahədə əlaqələrimiz güclənəcək”,deyə səfir bildirib.


Şərhlər
İran hiss edir ki,Yaxın Şərq savaşlarının növbəti ünvanı onlardır.Rusiya öz silahlarını İrana doldurmaqla müharibəni öz sərhədlərindən aralıda saxlamaq istəyir.İran Rusiyadan "aldığı silahları" həm də ermənistana ötürmək istəyir.İran yavaş-yavaş Rusiyanın poliqonuna çevrilir.Orda yaşayan azərbaycanlıların özünü qoruması üçün İran hakimiyyətinə tabe olmamasına ehtiyac vardır.Onsuz da düşmən olan hakimiyyətə etimad göstərməyə ehtiyac yoxdur.