Menu

ABŞ HHQ Türkiyə üçün F-35A qırıcıları alır

21.07.2020, 09:03
ABŞ HHQ Türkiyə üçün F-35A qırıcıları alır

ABŞ Hərbi Hava Qüvvələri Türkiyə üçün nəzərdə tutulan 8 ədəd F-35A qırıcı təyyarəsini "Lockheed Martin" korporasiyasından 862 milyon dollara alacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, "Lockheed Martin"in Türkiyə üçün istehsal etdiyi səkkiz ədəd F-35 qırıcı təyyarəsinin ABŞ Hərbi Hava Qüvvələri tərəfindən 862 milyon dollara alınması korporasiya ilə daha əvvəl imzalanmış müqavilənin modifikasiyası çərçivəsində həyata keçirilir.

Qeyd edilir ki, bu razılaşma çərçivəsində HHQ korporasiyadan əlavə 6 ədəd F-35A qırıcı təyyarəsi alır. Bundan əlavə, Pentaqonda bildiriblər ki, müqavilənin modifikasiyası çərçivəsində "Lockheed Martin" təyyarələrdə ABŞ HHQ tərəfindən tələb edilən dəyişikliklər edəcək.

Xatırladaq ki, Türkiyə "Lockheed Martin" korporasiyasından 100 ədəd F-35A qırıcı təyyarəsi almağı planlaşdırırdı. Lakin Ankaranın Moskvadan S-400 zenit-raket sistemlərini almasından sonra Vaşinqton Türkiyəyə qırıcı təyyarələri satmaqdan imtina edib.

Şərhlər

pensioner 2020-07-21 10:05:27

Yazının başlığı ilə məzmunu uyğun g

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol