Menu

Almaniyada daha 522 nəfər koronavirusa yoluxdu

21.07.2020, 09:14
Almaniyada daha 522 nəfər koronavirusa yoluxdu

Almaniyada yeni növ koronavirusa yoluxanların sayı artıb.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son 24 saatda yalnız 4 nəfər virusun qurbanı olub. Eyni dövr ərzində 522 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 202 345 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 9 090 nəfər ölüb, 188 mindən çox pasiyent isə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol