Menu

Səddam Hüseynin müdafiə naziri həbsxanada ölüb

21.07.2020, 13:10
Səddam Hüseynin müdafiə naziri həbsxanada ölüb

İraqda Səddam Hüseyn idarəçiliyi dövrünün sonuncu müdafiə naziri Sultan Haşim ürəktutmasından ölüb. Zikar əyaləti qubernatoru administrasiyasının nümayəndəsi Casim əs-Səədi xəbər verib ki, Haşim bu ərəfədə, iyulun 19-da 79 yaşında Ən-Nəsriyyə şəhərinin «Əl-Xut» həbsxanasında keçinib. Xəbəri bazar ertəsi yerli «Shafaq News» agentliyi yayıb.

Eks-nazir son illər xroniki xəstəliklərdən əziyyət çəkirmiş.

Sultan Haşim Səddam dövrünün aparıcı xadimlərindən biri olub. O, İraqın 1980-ci ildən apardığı bütün müharibələrdə, İranla (1980-1988), birinci və ikinci Fars körfəzi müharibələri də daxil olmaqla, iştirak edib.

Haşim Birləşmiş Ştatlar tərəfindən axtarışa verilib, 2003-cü ildə ABŞ ordusuna təslim olub. Onu 2007-ci ildə ölüm cəzasına məhkum ediblər, ancaq hökm icra olunmayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol