Menu

BAKIDAN VERİLƏN 3 MESAJ... – Azərbaycan yaxın gələcəkdə iki istiqamətdə savaş apara bilər

22.07.2020, 09:03
BAKIDAN VERİLƏN 3 MESAJ... – Azərbaycan yaxın gələcəkdə iki istiqamətdə savaş apara bilər

Minsk Qrupunun 11 üzvü nə zaman toplaşacaq?

Azərbaycanla Ermənistan arasında sərhəd savaşı 4 gün çəkdi. 2016-ci ilin aprel savaşı da 4 gün çəkmişdi. Ancaq bu son deyil, iyulun 21-də Azərbaycan ordusunun Ermənistana məxsus iki pilotsuz uçuş aparatını Azərbaycan səmasında neytrallaşdırması vəziyyətin sabitləşmədiyindən xəbər verir.

Pilotsuz uçuş aparatlarından biri Ağdam rayonu istiqamətində vurulub. Bu o deməkdir ki, Ermənistan hakimiyyəti döyuşlərin Tovuz istiqamətindən Dağlıq Qarabağ istiqamətinə keçə biləcəyindən narahatdır və ona görə işğal altındakı ərazilərdən kəşfiyyat uçuşları həyata keçirirlər. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı erməni separatçıları Azərbaycan ordusunun Dağlıq Qarabağda hücuma hazırlaşa biləcəyindən ehtiyatlanır. Təsadüfi deyil ki, Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan az qala hər gün işğal altındakı hərbi məntəqələrin hazırlıq səviyyəsini şəxsən yoxlayır.

Ermənilər narahatlıqlarında yanılmırlar. Torpaqların azad olunması Azərbaycan cəmiyyətinin əsas tələbidir. Generalımızın şəhid olması bu tələbi daha da gücləndirir. Ermənistanla sərhəddə gərginlik Azərbaycanın maraqlarına cavab vermir

Azərbaycan ordusunun əsas hədəfi Dağlıq Qarabağ və ətraf rayonlardır. Ermənistan hakimiyyəti sadəcə, Tovuz istiqamətində təxribatlar törətməklə Azərbaycan ordusunun əsas gücünün Dağlıq Qarabağ istiqamətində cəmlənməsinə mane olmağa çalışırlar və istisna deyil ki, bu təxribatlarını davam etdirsinlər.

Ona görə də Azərbaycan ordusu yaxın gələcəkdə həm sərhəddə düşmənin təxribatlarına cavab verməli, həm də Dağlıq Qarabağ istiqamətində hücum əməliyyatlarını həyata keçirməli olacaq. Başqa sözlə yaxın gələcəkdə iki istiqamətdə savaş aparmaq məcburiyyətində qalacağıq.

Bu arada, prezidentin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat konfransı keçirməsi diqqəti cəlb edir. Hikmət Hacıyevin mətbuat konfransında söylədiyi mesajları belə qruplaşdırmaq olar:

Birincisi, Azərbaycan bundan sonra imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil.

İkincisi, Minsk prosesində iştirak edən 11 dövlətin iştirakı ilə geniş formatda iclasın keçirilməsinə ehtiyac var.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır.

Hikmət Hacıyevin bu 3 şərti söyləməsi ondan xəbər verir ki, rəsmi Bakı artıq danışıqları perspektivinə inanmır. Əgər rəsmi Bakı Minsk Qrupunun geniş formatda toplanmasını istəyirsə, bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə davam edən danışıqlardan nəticə gözləmir. Rəsmi Bakı danışıqların məzmunun və hazırki formatın dəyişdirilməsini istəyir. Məsələn, Azərbaycan Türkiyənin də həmsədrlər formatına qatılmasında maraqlıdır. Ancaq 3 həmsədr nə Türkiyənin onlara qoşulmasına, nə də özlərinin başqa ölkələrlə dəyişdirilmələrinə imkan verəcək.

Buna baxmayaraq, rəsmi Bakının Minsk Qrupunun geniş formatda toplanması təklifi müsbətdir. Həmin toplantıda deyilməlidir ki, Ermənistan “mərhələli həll” planını qəbul etməsə, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərində qalacaq. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmə yenidən baxılması da köhnə tələbimizdir. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxacağı problematikdir.

Hikmət Hacıyevin söylədikləri ona deməyə əsas verir ki, rəsmi Bakı danışıqların perspektivinə inanmasa da, hər halda yeni təkliflərinə BMT və ATƏT-dən reaksiya gözləyir. Bu zaman alacaq. Görünür, bu zaman kəsiyi Azərbaycan ordusu üçün hərbi planları hazırlamaq üçün zəruri hesab edilir.

“Atlas” Araşdırmalar Mərkəzi

Şərhlər

Xalq 2020-07-23 16:16:58

Müharibədən başqa çarə yoxdur. Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Yaqub 2020-07-22 17:16:00

Sən vurmasan səni vuracaqlar. Biz səfərbərlık elan edib müharibə etməsək,millət kimi bizim aqibətimiz yaxşı olmayacaq. 25 ildir deyilən sözləri təkrarlamaqdansa hərəkətə keçmək lazımdır. Boş-boş danışmağın mənası yoxdur. İndiki fürsət,tarixi şərait bəlkə bir də olmayacaq.

Özgə SİYASƏTİ 2020-07-22 16:02:49

Şaiq bəy, "ŞEŞ QOŞA" belə şans istəyir ki, hər iki türkü birdən vursun!?

Xalq 2020-07-22 14:10:48

Ərazi bütövlüyümüzü bərpa etmək üçün Qarabağda anti-terror əməliyyatı keçirilməlidir. Bu əməliyyatı xalq 30 ildir gözləyir.

Sülh Dolanbacı 7 2020-07-22 11:42:39

7.2016cı il Aprel aktı verənlər niyə hərbiləri Qarabağdan Ermənistana geri çəkmirlər?

Gekikən Hay-Az məhəbbəti 6 2020-07-22 11:37:17

6.Hərbi genosidlə qovulmuş azərbaycanlılar niyə təcili Qarabağa qaytarılmır?

Çecikdirilən Sülh 5 2020-07-22 11:32:33

5.Rəsmi Bakı, niyə işğalçı genosidi və geri çəkilməsi üçün iddia vermir, bəyan etmir?

Gecikdirilən Sülh 4 2020-07-22 11:26:31

4. BMT, DQMV qərarını icra etməyən işğalçı Ermənistanı niyə öz tərkibindən çıxarmır?

Gecikən Sülh 3 2020-07-22 11:22:55

3.Ötən illərdə Minsk qrupu İŞÖALÇIya qarşı neçə sanksiya tələb edib?

Gecikən Sülh 2 2020-07-22 11:20:23

2.Azərbaycan-Qarabağ yox, Azərbaycan-Ermənistan status-kvosu ola bilər.

Gecikən Sülh 2020-07-22 11:17:24

1.Öz ərazimizə sərhəddən bir quş belə buraxmayaq!

Şaiq 2020-07-22 10:37:31

Azərbaycan dövləti Türkiyənin köməyi olmadan BU münaqişəni həll etmək iqtidarında deyil. Minsk qrupu 27 ıldə öz səriştəsizliyini göstərdi. Danışıqlarda tərəf kimi TÜRKİYƏ CÜMHURİYYƏTİ və Rusiya oturub tez bir zamanda münaqişəyə son qoymalıdırlar. Əks halda bir yolumuz qalır. Qələbəyə aparan müharibə yolu.

Soltanov Elcin 2020-07-22 10:13:01

Butun Qeyrətli AzəriTurk oğulları Qarabağ uğrunda erməniləri məhv etməyə hazirdır.Bəsdir şəhid verdik, qoy indi.erəni daşnaqları məhv olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol