Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun istefaya göndərildiyi barədə xəbərləri təkzib edib.
“AzPolitika” xəbər verir ki, son günlər sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyindən bildiriblər:
“Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir. Bildiririk ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir. Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır. Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq”.

Şərhlər
Bizim CƏNAB N.S., niyə, Qarabağdakı işğalçı hərbiyyəsini məhv etmirik?
Təəssüf edirəm ki,"Sfera.az" saytında N.Sadıkov haqqında yalan yazılar yayƏvvala,onu deyim ki ,N.Sadıkov Azərbaycan ordusuna könüllü gəlməyib.O,kapitan rütbəsində rus ordusunun tərkibində erməniləri qorumaq üçün Goronboy-Gülüstan istiqamətinə göndərilib.Məlum hadisələrlə əlaqədar ermənilər təhlükəsiz yerlərə evakuasiya olunduqdan sonra N.Sadıkov Sərdar həmidov və İskəndər Həmidov vasitəsi ilə kadr zabiti kimi Azərbaycan ordusunun Tərtər bölgəsindəki hissəsinə daxil olub.Generalk rütbəsini isə ona İ.Həmidovun təqdimatı ilə Əbülfəz Əliyev verib.
Onun Azərbaycanda xidməti doğru deyil.....
N.Sadıkovun pensiya yaşı çatıb.Onun yerinə gənc kadrların təyin olunması vaxtıdır.