Menu

Bakıda kişilərdən hədə-qorxu ilə pul tələb edən qadının məhkəməsi başlayır

22.07.2020, 09:54
Bakıda kişilərdən hədə-qorxu ilə pul tələb edən qadının məhkəməsi başlayır

Bakıda şantaj və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Maya İsmailovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü İsmailova Maya İsmail qızı 4 kişiyə hədə-qorxu gələrək onlardan müxtəlif məbləğlərdə pul almaqda təqsirləndirilir.

M.İsmailovaya Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrarən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol