Menu

Ukrayna atəşkəs zamanı 56 hərbçisini itirib

07.10.2014, 10:23
Ukrayna atəşkəs zamanı 56 hərbçisini itirib

Artilleriya atəşləri nəticəsində Donetskdə 7 dinc sakin həlak olub, daha 20 nəfər yaralanıb

Donetsk ərazisində atəşkəs əldə olunandan sonra 56 hərbçi həlak olub, 316 nəfər yaralanıb.

Anspress-in məlumatına görə, barışıq dövründə 1200 dəfədən çox atəşkəs rejimi pozulub. Bunun nəticəsində 56 Ukrayna hərbi qulluqçusu həlak oldu, 316-sı yaralanıb. Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası xəbər yayıb.

"Terrorçular atəşkəs rejimini dəfələrlə pozub", - deyə xəbərdə deyilir.

Qeyd edək ki, 4 və 5 oktyabrda artilleriya atəşləri nəticəsində Donetskdə 7 dinc sakin həlak olub, daha 20 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol