Menu

Ermənilərin Türk Ordusu vahiməsi

07.10.2014, 10:51
Ermənilərin Türk Ordusu vahiməsi

Parlamentin çıxardığı qərar Ermənistanda həyəcana səbəb olub

Türkiyə Böyük Millət Məclisinin Türk Ordusunun Suriya və İraqda hərbi əməliyyatlar apara biləcəyi ilə bağlı qəbul edilmiş qərarı Ermənistanda vahimə ilə qarşılanıb.

ANS-in məlumatına görə, Ermənistan mətbuatı qəbul edilmiş qərarda Ermənistan üçün potensial təhlükə tapıblar. Erməni mətbuatı Türkiyə qoşunlarının ehtiyac yaranarsa Ermənistana hücum edə biləcəyindən çəkinirlər.

"Azərbaycana beynəlxalq təzyiq yaranacağı təqdirdə Türkiyə Ordusunun Naxçıvana girməsi ehtimal olunur", - deyə yazılarda qeyd olunur.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisi bir neçə gün əvvəl Ankarının İraq və Suriyaya hərbi müdaxiləsinə yaşıl işıq yandıran qərarı qəbul etmişdi. Türkiyə parlamenti bu qərarı İŞİD Suriya ilə sərhəddəki kürd şəhəri Kobaninin ətrafındakı mühasirəni daraltdığı bir vaxtda qəbul etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol