Menu

Sabahdan Gürcüstanda daxili uçuşlar bərpa olunur

23.07.2020, 14:10
Sabahdan Gürcüstanda daxili uçuşlar bərpa olunur

Gürcüstanda iyulun 24-dən etibarən daxili uçuşların yerinə yetirilməsi bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, müntəzəm uçuşlar Nataxtari hava limanından Mestia və Ambrolauri aeroportlarına və Tbilisidən Batumi istiqaməti üzrə yerinə yetiriləcək.

Avqustdan başlayaraq daxili uçuşların sayının artırılması da nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol