Menu

Bərdədə karantin rejimini pozan şəxslər cərimələndi

24.07.2020, 14:02
Bərdədə karantin rejimini pozan şəxslər cərimələndi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunda verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən sərnişinləri - M. Quliyev və İ.Heydərovla ilə birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

Şərhlər

oxucu 2020-07-24 17:11:21

bu gün berde de 2 ağcabədi sakinindən postu nece keçdiyini sual etdim. dediler ki, 2 manat verib keçirik...düzü belə ucuz qiymətə hələ də gülmeyim gəlir))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol