İSTANBULDA İZDİHAMLI MİTİNQ KEÇİRİLDİ - "Azərbaycana canımız fəda" + FOTOLAR/VİDEO

Türkiyənin İstanbul şəhərində tarixi Bəyazid meydanında “Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.

"Report" xəbər verir ki, mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.

5 minə yaxın azərbaycanlı, türk və digər xalqların da dəstək verdiyi mitinqin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.


Şəhidlərin xatirəsinə bir dəqiqəlik süküt və hər iki qardaş ölkənin himnləri ilə başlayan tədbir Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtayın ortaq bəyanatı oxuması ilə davam edib. Bəyanatda Ermənistanın işğalçılıq və təcavüz siyasəti pislənilib, dünya azərbaycanlılarının doğma Vətənlərinə sonsuz dəstəyi ifadə edilib. Turan Ocaqları başqanı Ercan Urçar Türkiyə xalqının Can Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu dilə gətirib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq, Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğunu qeyd edib.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndiriblər.

635x100

Şərhlər

Nəzakət 2020-07-25 22:49:27

Araz Əlizadə kimi geni qarışıqları təcrid etmək lazımdır.

X 2020-07-25 22:00:27

Araz Elizade utanirsanmi? Allahim qorxunu qorxudacaq guc ver bize. Amin

müəllim 2020-07-25 20:46:37

Allah Türkiyəni qorusun

nəzakət 2020-07-25 20:17:18

Allahım türkü qoru Amin Amin İlahi Amin Əziz türk xalqı Sizə layiq olmaq üçün sizin kimi olmalıyıq

Abuzər 2020-07-25 20:10:21

"Səs salma,yatanlar ayılara.qoy hələ yatsın,Yatmışları razı deiləm kimsə oyatsın". İnsanlar 14 də bir balaca ayılma gstərdi,Bəzi üzdən iraqlar Millli məclisdə qaplıarı aşaraq (zatən qapılar əvvəlcədən açıq idi) qəsdən təxribat törədərək bu vəziyyəti qaralamağa cəhd etdilər.

Cavanşir 2020-07-25 20:03:19

TÜRK QARDAŞLARIMIZ 1918-Cİ İLDƏ OLDUĞU KİMİ YENƏ AZƏRBAYCANIN YANINDADIRLAR.BİZİM DƏ CANIMIZ SİZƏ FƏDA ƏZİZ QARDAŞLARIMIZ.TÜRKİYƏ AZƏRBAYCANI BİR DƏFƏ XİLAS EDİB ,YƏQİN BU DƏFƏDƏ EDƏCƏK.AMMA BİZDƏ ONLARIN QARDAŞLIĞINA LAYİQ OLMALIYIQ.

Özgür 2020-07-25 19:42:37

Türkiyə! Azərbaycanda baza yarat tez bir zamanda, sonra gec olar.

Özgür 2020-07-25 19:42:36

Türkiyə! Azərbaycanda baza yarat tez bir zamanda, sonra gec olar.

M.Əsgərov 2020-07-25 18:35:22

eşq olsun bu birliyə!...

Son yazılar