Abşeronda ölümlə və xəsarətlə nəticələnən kütləvi dava olub. “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, bir neçə nəfər arasında yaranan mübahisə kütləvi dava ilə nəticələnib. Dava zamanı 6 nəfər – 1980-ci il təvəllüdlü Məmmədov Xəlil Zahid oğlu və qardaşı, 1975-ci il təvəllüdlü Məmmədov Məmməd Zahid oğlu, 1979-cu il təvəllüdlü Mövsümov Yaşar Mövsüm oğlu, 1987-ci il təvəllüdlü Həsən Cabbarov, 1992-ci il təvəllüdlü Quliyev Tural Firudin oğlu və dostu, 1992-ci il təvəllüdlü Həsənəliyev İqar Yaşar oğlu bıçaqlanıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanalara çatdırılıblar.
Dava zamanı ağır xəsarət almış 2 nəfər – H.Cabbarov hadisə, M.Məmmədov isə xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər
BIÇAQLA ÖLDÜRÜLDÜ, YARALANDI SÖZLƏRİNİ TEZ - TEZ EŞİDİRİK. BU CİNAYƏTLƏRİN GÜNAHKARLARI KİMLƏRDİR ??? GÜNAHKARLAR, QANUNA ZİDD, İCAZƏSİZ, HƏR YERDƏ, HƏR ÖLÇÜDƏ SOYUQ SİLAH OLAN BIÇAĞI SATANLAR, ALANLAR VƏ ZƏİF NƏZARƏTDIR. BIÇAQ GƏZDİRMƏK KÜTLƏVİ VƏ QORXULU HAL ALIB. DÜŞÜNÜRƏM Kİ, BU MƏSƏLƏ İLƏ ƏLAQƏDAR HÜQUQ MÜHAFİZƏ ORQANI ƏMƏKDAŞLARI CİDDİ TƏDBİRLƏR GÖRƏCƏKIƏR. ƏKS HALDA ÖLDÜ, YARALANDI SÖZLƏRİNİ TEZ - TEZ EŞİTMƏK MƏCBURİYYƏTİNDƏ QALACAĞIQ. BIÇ QONŞU DÖVLƏTLƏRDƏ BÖYÜK CƏZA GÖZLƏYİR.