Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

26.07.2020, 10:41
Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

Gürcüstanda son sutkada koronavirusa 14 yeni yoluxma halı təsdiqlənib, daha 3 nəfər müalicə olunaraq sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 1 131-ə, sağalanların sayı isə 920-yə çatıb. Xəstəlikdən ölüm göstəricisi isə 16 nəfərdir.

Hazırda Gürcüstan üzrə karantində 6 183, stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol