Menu

Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən açıqlama (Yenilənib)

26.07.2020, 14:25
Əsgərin payını mənimsədiyi deyilən polis işdən çıxarılıb? - DİN-dən açıqlama (Yenilənib)

“Tovuzda əhali əsgərlər üçün siqaret, su, ərzaq və s. alıb aparıb. Kəndə gedən postda polislərə təhvil veriblər. Polislərdən biri əsgərlərə göndərilən 4 blok siqareti, ərzağı oğurlayıb, satıb”.

Bu barədə Həbib Müntəzir sosial şəbəkə hesabında yazıb.

H.Müntəzirin iddia etdiyinə görə, əsgərlərə göndərilən sovqatı oğurlayan şəxs DSK sədrinin övladıdır:

"Bundan sonra kənddə qırğın düşüb. Polis də kim olsa yaxşıdır, 106 saylı seçki komissiyası sədri İlqar Hüseynovun oğlu, polis serjantı Babək Hüseynov. Əsgər payı oğurlayan işindədir, azadlıqdadır, gəzir”.

***

Daxili İşlər Nazirliyi (DİN) Tovuz rayonunda polis əməkdaşı İlqar Hüseynzadənin əsgərlərə aparılan payı mənimsədiyi üçün işdən çıxarılması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu informasiya xaricdə oturub həqiqətə uyğun olmayan, uydurma məlumat yayanların dövlətin, millətin ünvanına şər-böhtan atanların növbəti təxribatıdır:

“Deyilənlər həqiqəti, reallığı əks etdirmir. Birincisi, Müdafiə Nazirliyi ordunu yüksək səviyyədə təmin edir, ordumuzun heç bir kənar yardıma, ərzaqa ehtiyacı yoxdur. İkincisi, hansısa bir vətəndaş yardım gətiribsə, bunun da polisə heç bir aidiyyəti yoxdur. Ona görə də həmin polis serjantının işdən çıxarılması barədə onların göstərdiyi səbəb yalandır.

Həmin əməkdaş ötən il xidmətdə yol verdiyi nöqsana görə vəzifəsindən azad olunmalı idi, lakin onun səmimi etirafı, peşman olması, bir daha belə bir əməl tutmayacağı ilə bağlı verdiyi vəd və gənc olması nəzərə alınaraq ona daha yüngül cəza verilmişdi. Həmin şəxsə o vaxt şiddətli töhmət verildi. Onun həmin nöqsandan heç bir nəticə çıxarmadığı, xidməti fəaliyyətində heç bir dönüş yaratmadığı məlum oldu. O, növbəti dəfə xidmətdə məsuliyyətsizliyə yol verməsinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisinin əmri ilə xidmətdən xaric olundu. Həmin əməkdaşın ailəsi müəyyən qədər imkanlıdır, atası hansısa bir vəzifəni tutur, anası isə həkimdir. Yəni, onun siqaret oğurlamağa, mənimsəməyə ehtiyacı da yoxdur. Xaricdə oturan şəxslər isə dövlətin, millətin adına utanc gətirmək üçün yalan məlumatlarla qarışqadan fil düzəldirlər".

Şərhlər

Kamil 2020-07-26 22:06:25

Milləti doşan adlandıran o polisdir? O millətə doşan öz aləmində nə mənada demişdir?

Rza 2020-07-26 19:22:46

Xalqın yüz milyardlarını yeyənləri cəzalandıran var ki,əsgərin payını yeyən,vətəndaşı krovatdan lüt başına vuraraq aparan polisi də cəzalandıralar. Allah cəzasını versin.

Vətəndaş. 2020-07-26 17:51:27

Ehsan müəllim.məlum olduğu qədər oğurluq halı cinayət tərkiblidr və məhkəmədə bəlli maddə ilə baxılır və qiymətləndirilir.Sizin oğurluq edən polis işdən çıxarıldı məlumatınız anlaşılan deyil.Ötən səfər də insanları təhqir edən polisi guya işdən çıxarmaqla kifayətlənmişdinizşSizcə bu necə qanuni sayılır və belə halların DİN-də təkrarlanmasına necə təsir götərə bilər?

.EJDER 2020-07-26 16:05:27

AYE,....NE TOBVE

ayrım 2020-07-26 15:54:07

Polisin işi nədi bə qardaşşşş

rasim quliyev 2020-07-26 15:15:05

Polis oglu 150000lik mashin surur deyirler obyekt var ,her seyimiz var sual veren var hardandir?hardan olacaq esgere verilen siqaretleri ogruluyub satmaqdan

oxucu 2020-07-26 14:58:15

salam, verilen açıqlamanı anlayıram, adama ayıb gelir vallah. ama kimin ailesinden olmasına baxmayaraq! heç olmasa arada bir ictimailəşdirib qınaq obyekti etməkdə lazımdı ki, heç olmasa digerleri ibret alsın və polisin adı da temize çıxsın yoxsa ki her defe ört basdır eləmək dogru deyil ((

Xalq 2020-07-26 14:10:19

bu ata-bala oğruları damlamaq lazımdır.

ejder 2020-07-26 13:14:46

HA HA HA ,MALADES.AYE EHSAN MALALIYAR...USTADI

Tovuzlu 2020-07-26 12:26:58

...ı xisləti burada da özünü göstərib.Dəhşət! Bunlar Azərbaycanın üz qaralarıdır.

Roma 2020-07-26 12:26:37

"Malades"...

semed 2020-07-26 12:00:05

insallah CENAB NAZIR cezalandirar onu eger melumat tesdiqini tapsa

M.Əsgərov 2020-07-26 11:46:03

alçaqlığın son həddidir bu, bunlar oğruduler də, atası seçici səsini övladı da əsgər payını oğurlayırlar, cox ciddi qınaq olmalıdır və onlara bəraət yoxdur, özlrinə də bəraət qazanmaq üçün bəhanələr axtarmasınlar, od olmayan yerdən tüstü çıxmaz...

sakit 2020-07-26 11:25:14

Bunu oğurluğu da Sevinc Osmanqızı təşkil edib? ...

t.ədalət 2020-07-26 11:15:16

Məncə,belə murdar hərəkəti olan birini ümumi polisin adına yazmaq doğru deyil.Belələri( polis işçilərinə verilən cüzi maaşın da təsiri var!) ailədə yetərincə tərbiyə almayanlardır.Bu polis nəfəri "xalq yasın içərisində olduğu bir vaxtda velosipedi ilə villasında şəkilini çəkdirib instoqram səhifələrində özünü təbliğ etdirən Zaur Kamal"dan fərqlənmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol