Menu

ABŞ-da koronavrusa qalib gələ biləcək ferment kəşf olunub

27.07.2020, 13:05
ABŞ-da koronavrusa qalib gələ biləcək ferment kəşf olunub

San-Antoniodakı Texas Universiteti tibb mərkəzinin alimləri koronavirusun insan orqaizminin hüceyrələrinə nüfuz etməsinə yardımçı olan fermenti kəşf ediblər. Bu barədə ixtisaslaşmış «Nature Communications» nəşri xəbər verib.

«NSP-16» kimi işarələnmiş ferment virus üçün özünəməxsus «kamuflyaj» rolunu oynayır və hüceyrələri məcbur edir ki, onun RNT-nı yad cisim kimi qəbul etməsinlər.

«Virus bu yoldan hüceyrələrə daxil olmaq üçün istifadə edir, eyni zamanda öz strukturunu qoruyur və orqanizmdə inkişafını davam etdirir. Bizim işimiz təkcə bu istiqamətdə necə irəliləmək barədə əlavə informasyanın əldə olunmasına yox, həm də gələcəkdə yeni antivirus preparatlarının işlənib hazırlanmasına imkan yaradır» - tədqiqatçı-bioloq Yohan Qupta izah edib.

Alim ümid edir ki, belə preparatlar NSP-16 «kamulyajı»nı bloklaya bilər ki, immun sistemi koronavirusu yad cisim kimi tanısın və onun orqanizmə nüfuz etməsinn qrşısını alsın.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol