İKİ TÜRK DÖVLƏTİNİN ORDUSU NAXÇIVANDA – Böyük Azərbaycan-Türkiyə hərbi təlimləri başlayir + VİDEO

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar.

Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.



635x100

Şərhlər

İqrar Bayramov 2020-07-28 14:28:13

Turkuyə ilə Hərbi saziş gunun tələbidir biz buna getməliyik

İqrar Bayramov 2020-07-28 14:28:12

Turkuyə ilə Hərbi saziş gunun tələbidir biz buna getməliyik

İqrar Bayramov 2020-07-28 14:21:37

Turkuyə ilə Hərbi saziş gunun tələbidir biz buna getməliyik

Vətəndaş 2020-07-28 12:38:36

Bu andan da istifadə etməsək olacağıq Fələstin

Cavan 2020-07-28 12:34:09

ÇOX DİQQƏTLİ OLMAQ LAZIMDIR.RUSİYA AZƏRBAYCANDA OLAN CƏSUSLARI VASİTƏSİ İLƏ TƏXRİBATLAR TÖRƏDƏ BİLƏR.ÇOX-ÇOX EHTİYATLI OLMAQ LAZIMDIR.TÜRK QARDAŞLARIMIZI GÖZ BƏBƏYİMİZ KİMİ QORUMALIYIQ.

t.ədalət 2020-07-28 10:58:51

Azərbaycanla Türkiyə arasında yaxınlaşma Rusiyanı və Azərbaycandakı rus casuslarını bərk narahat edəcək.Xüsusilə hakimiyyətə daraşmış erməni uşaqları buna əngəl olmağa çalışacaq.Ancaq zaman Azərbaycanla Türkiyə arasındakı maneələri sındırırırHakimiyyətdəki ".Rus uşaqları" da yaxınlaşmanı əngəlləyə bilməyəcək.Çünki Rusiya hakimiyyətə gətirdiklərini yavaş-yavaş yeyir.Həmişə belə olub və olacaq.Yadınıza satqın Sürət Hüseynovun sözlərini salın.Onu "ələ verəndə" ruslar haqqında demişdi:"-Ə,bunlar çörəyi dizinin üstündə olan adamlardır".Bəli,tezliklə Rusiya əlindəki kadrları yeniləri ilə əvəzləməyə çalışacaq və köhnələri özü satacaq.

Nadir 2020-07-27 19:26:43

Deyilən düz olsa yaxşı olar. Başqa çıxış yolumuz yoxdur.

Xalq 2020-07-27 18:02:47

Eşq olsun Qardaşlığımıza!

M.Əsgərov 2020-07-27 17:22:17

uğurlar !!!!......

Şaiq 2020-07-27 16:41:24

Əziz Türkiyəli qardaşlarım, Siz xoş gəlmisiniz. Qədəmləriniz uğurlu olsun.

X 2020-07-27 16:00:37

Turkiyenin herbi sazis imzalanmis ordusu gelmelidi. Rusdan qorxsanda qormasanda faydasi yoxdu Ac gozunu Azerbaycan hakimiyyeti

Son yazılar