Bu gün İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN-in Mətbuat xidməti idarəsidən məlumat verilib.
Xarici İşlər Nazirinin müavini Araz Əzimov ilə səfir Sami Abdulla Goşeh arasında görüş keçirilib.
Görüşdə nazir müavini Araz Əzimov İordaniya səfiri ilə, o cümlədən bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib.
Nazir müavini Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılmadığı və hələ də ərazilərimizin beşdə birinin düşmən işğalı altında qaldığı, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətində yaşadığı və Ermənistanın iki dövlətin beynəlxalq sərhədində sonuncu hərbi təxribatının bu ölkənin təcavüzkar niyyətindən əl çəkmədiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirdiyi bir vaxtda İordaniya tərəfinin işğalçı ölkəyə silah satması ilə bağlı yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb.
İordaniya səfiri Azərbaycan tərəfinin narahatlığını anladığını qeyd edib. Azərbaycanla mövcud olan əlaqələrin strateji xarakterini nəzərə alaraq, mövcud narahatlığın aradan qaldırılması üçün bütün səylərini göstərəcəyini vəd edib.


Şərhlər
Eynulla qaş qayıran yerdə göz çıxardacaq, bu xəbəri yayan və döşünə döyən odur, başı boş anlamırçı Azərbaycanın ən əsas silah tədarüçküsü İsraildi, İordaniyada yəhudilərdən düşməndi. erməniyə verilmiş 1-2 qumbaratanla şou düzəltmək lazım deyildi. ..... İordaniyada da desə ki siz bizim düşmənlərimizdən silah alıb onları maliyyələşdirirsiz! Onda görəsən Azərbaycanın cavabı nə olacaq? Eynulla ruslara işləyən göstəbəkdir (əlbətçi ruslar istəmirlər ki, Azərbaycan Ordusu dünyada tayı bərəbəri olmayan silahlarla silahlasın), belə təxribatı rusların əliynən Azərbaycan dövlətinə sırayıb. Xin-də işləyən bisavadda bu tələyə düşüb.
bu ələ salır bizi, bunun üzrü günahından pisdir.
qardashim erebden bize dost olmaz