Menu

“Bu hərbi təlimlər işğalçıya və onun arxasındakı gücə vacib mesajdır” - Politoloq

27.07.2020, 20:30
“Bu hərbi təlimlər işğalçıya və onun arxasındakı gücə vacib mesajdır” - Politoloq

"Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri əvvəlcədən razılaşdırılmış plana əsasən həyata keçirilir. Buna baxmayaraq, builki hərbi təlimlərin çoğrafiyasının geniş olduğu diqqəti çəkir. Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, yəni bütünlükdə Azərbaycan əhatə olunacaq. Bu çox vacibdir və iğalçıya, onun arxasındakı güclərə vacib mesajdır".

Bunu "AzPolitika.info"-ya şərhində politoloq Elxan Şahinoğlu Azərbaycanla Türkiyənin birgə hərbi təlimlər keçirməsini şərh edərkən bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə iyulun 29-dan birgə hərbi təlimlərə başlayacaqlar. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, təlimlər iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən baş tutacaq. Təlimlər Azərbaycan ərazisində keçiriləcək. Təlimlərdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuşlar planlaşdırılıb. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Politoloq Türkiyənin Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsizliyinin təminatçısı olduğunu xatırladıb: "Ancaq birgə hərbi təlimlərin çoğrafiyası göstərir ki, Türkiyə üçün bütövlükdə Azərbaycanın təhlükəsiliyi önəm daşıyır. Bu gedişat iki ölkə arasında yeni hərbi sazişin imzalanmasını diqtə edir. Sərhəddəki münaqişədən sonra Ermənistan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmayıb. Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bundan xəbər verir. İş o yerə çatıb ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia edib. Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırlması ilə bağlı birgə təlimləri də Azərbaycana qarşı yönəlib. Əlbəttə, biz Prezident İlham Əliyevin də dediyi kimi, təklikdə Ermənistanla məsələni həll edə bilərik, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir".

Ekspert hesab edir ki, birgə hərbi təlimlər həmçinin işğalçının arxasındakı gücə mesajdır: "Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərbi əməkdaşlığın inkişafından da danışmışdı. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır. Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artır. Çünki Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi. Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər. Elə buna görə də, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, müttəfiq dövlətin xarici işlər və müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildilər. Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər, bir çox məsələləri nəzərdə tutur".

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2020-07-28 11:09:21

Bu təlimlər,ilk növbədə vaxtı ilə Araz Əlizadələri deputat seçdirənlərə və rusbaş hakimiyyət nümayəndələrinə təəsir edəcək.Rus ifrazatının qoxusu ilə nəfəs almağa öyrəşən satqınlar münasibətləri əngəlləmək üçün təxribatlar törədəcəklər.Vaxtı ilə hərbiçilərimizin vurub məhv etdiyi döyüş texnikalarını bir-bir qeydə alıb şəklini çəkən,sonra da Rusiyaya göndərən ordumuzdakı zabitləri gözümlə görmüşəm.Onların hər ikisi generaldır.Onları Səfərbala Əbiyev himayə edirdi.

Xalq 2020-07-27 21:04:07

Xalqımız istəyərdi ki, Azərbaycanda Türkiyənin hərbi bazaları qurulsun.

Asif 2020-07-27 20:49:15

Hərbi müqavilə və Türk hərbi bazasını gecikmədən yerləşdirmək

OQTAY 2020-07-27 20:46:40

TSK.dunyada. en guclu ordudur!RF-nin ordusu MDB -de cucludur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol