Rusiya İranda terror təcrübəsi keçmiş Mehdi Şükürovu Azərbaycana təhvil verdi

Rusiya İranda qanunsuz silahlı dəstələrdə iştirak etməkdə təqsirləndirilən şəxsi Azərbaycana təhvil verib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla TASS məlumat yayıb.

"Azərbaycan tərəfinin tələbi ilə Rusiya Federasiyasının Baş Prokurorluğu Mehdi Şükürovu cinayət təqibi üçün təhvil verdi" deyə qurumun nəzarət idarəsindən bildirilib. O, Azərbaycan Respublikası CM-nin 12.3-cü, 214-3.1-ci ("terrorizm məqsədi ilə təlimlərin keçirilməsi") və 12.1-ci, 279.1-ci ("qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak") maddələri ilə ittiham olunur.

İstintaqın versiyasına görə, M.Şükürov 2016-cı ilin mart ayında Azərbaycanın "Biləsuvar" gömrük buraxılış məntəqəsindən İran ərazisinə keçib və orada qanunsuz silahlı birləşmələrə qoşulub. O, terror cinayətləri törətmək üçün odlu silahdan, partlayıcı maddələrdən və digər texniki vasitələrdən istifadə etmək üçün təlim keçib. Onun Rusiya ərazisində olduğu müəyyən ediləndən sonra Azərbaycanın Baş Prokurorluğu tərəfindən təqsirləndirilən şəxsin verilməsi barədə sorğu göndərilmişdi. Həmin sorğu 2020-ci ilin martında təmin edilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar