Menu

"Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi" - Ekspert

28.07.2020, 20:10
"Ermənistan Rusiya ilə müttəfqliyini sınaqdan keçirdi" - Ekspert

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Rusiyanın münasibətləri bir qədər ziddiyyətli hala gəldi. Azərbaycanla münaqişəni kəskinləşdirməklə rəsmi Yerevan, bəlkə də, Rusiyanın onları, həqiqətən də, dəstəkləməyə hazır olub-olmadığını, yəni müttəfiqlik münasibətlərini sınaqdan keçirmək istəyib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Rusiya Xalqlar Dostluğu Universitetinin baş müəllimi Kamran Həsənov Moskva şəhərində keçirilən “Ermənistanla Azərbaycan arasında gərginlik: yeni mərhələ, yoxsa közərən münaqişə?” adlı konfransda dilə gətirib.

“Rusiyanın marağı aydındır: sabitlik olsun, hər iki xalqla mehriban münasibətlər olsun. Mövcud vəziyyət münaqişə tərəflərindən yalnız birinə sərf edir və belə vəziyyət qaldıqca buna bənzər qarşıdurmalar yenə də olacaq”, - ekspert qeyd edib.

Şərhlər

Xalq 2020-07-28 22:43:38

mənim informasiyama görə erməni höküməti Qarabağın müstəqilliyini tanımaq istəyir. Əgər karapet bunu eləsə anası ağlar qalacaq.

OQTAY 2020-07-28 20:47:45

Ermeni diyaspari,elede Fransa,Tovuz hadiselerin baslica sebebidir.Pasinyani,onlarin pulu getirdi hakimiyete.Fransa Turkiyenin,Libyada ireleysine mane toretmek ucun,hemde dqalara va axcilere gostermek isteyirler ki,ivandan komek gozlemeyin.Ermeni diyasporu isteyirler ki,AB-ne ve NATO-ya girsinler.Rusiya qudbay demek isteyirler..,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol