Menu

Siyəzəndə biçilmiş əkin sahələrində yanğın başlayıb

29.07.2020, 01:00
Siyəzəndə biçilmiş əkin sahələrində yanğın başlayıb

Siyəzən rayonu ərazisində biçilmiş əkin və kolluq ərazilərdə yanğın başlayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun dağlıq ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Siyəzən Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, yanğın Şabran rayonu ərazisində də müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol