Bu gündən Azərbaycanda Türkiyə ilə birgə hərbi təlimlər başlayır

Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayır.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.

Artıq Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvana gəlib. Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.

Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş helikopterləri Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir. Həmçinin Türkiyəli hərbçilər Bakıda da təntənə ilə qarşılanıb.

635x100

Şərhlər

X 2020-07-29 12:20:53

TURKIYE ALLAHIN AZERBAYCANIMIZA BOYUK LUTFUDU. ALLAH TURKIYEMIZI AZERBAYCANIMIZI HER CUR HIYLELERDEN VE SEYTANLARDAN QORUSUN

Şaiq 2020-07-29 11:53:49

Təlimlərin uğurla keçməsini arzulayıram. Təlimlərdən sonra kiçik bir kontingentin Azərbaycanda qalması zəruridir. Putin görməlidir ki, AY ULDUZLU ŞANLI TÜRKİYƏ BAYRAĞI DAİMA AZƏRBAYCANDA DALĞALANACAQ.

Şaiq 2020-07-29 11:52:34

Təlimlərin uğurla keçməsini arzulayıram. Təlimlərdən sonra kiçik bir kontingentin Azərbaycanda qalması zəruridir. Putin görməlidir ki, AY ULDUZLU ŞANLI TÜRKİYƏ BAYRAĞI DAİMA AZƏRBAYCANDA DALĞALANACAQ.

Nəsib 2020-07-29 10:34:23

Yəqin ki,hücum olar,Qarabağda bir nəfər belə düşmən dığası qalmaz,qovular torpaqlarımızdan.

Son yazılar