Menu

Azərbaycanda fəxri ad alanların sayı açıqlandı

29.07.2020, 12:24
Azərbaycanda fəxri ad alanların sayı açıqlandı

Azərbaycanda 293 789 nəfər Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır.

Trend-in məlumatına görə, bu ilin yanvarın əvvəlinə olan göstəricilərə əsasən, onların 37 925 nəfərinə bu təqaüd Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərdiyi üçün təyin edilib.

Ölkədə 267 nəfər “Xalq” fəxri adı, 2993 nəfərinə “Əməkdar” fəxri adına görə dövlət tərəfindən təqaüd alır.

Azərbaycanda "Xalq" fəxri adına görə orta aylıq məbləği 150 manat olan, "Əməkdar" fəxri adına görə 100 manat məbləğində təqaüd verilir.

Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü 416 nəfərə verilir. Bu təqaüdün orta aylıq məbləği 1450 manatdır.

Azərbaycanda 21582 nəfər müharibə əlili orta aylıq məbləği 228,52 manat olmaqla təqaüd alır.

Ölkədə 176 nəfər Böyük Vətən müharibəsi əlilinə orta aylıq məbləği 235,68 manat və Cernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olmuş 2833 nəfər şəxsə orta aylıq məbləği 230,14 manat olmaqla təqaüd verilir.

Şərhlər

Pensiyaçı 2020-07-29 17:08:00

Bəs 250-260 manat təqaüd alan və 45-50 il əmək sərf edənlər niyə nəzərə alınmır?Axı bu pensiya ilə yaşamaq qeyri mümkündür! HƏRƏ ÖZÜÇƏ MÜXTƏJLİF YOLLARLA (QOHUMLUQ.tANIŞLIQ,YERLİLİK0 MÜQABİLNDƏ YÜKSƏK PENSİYA TƏŞKİL EDİB.Bəs digər sadə insanlar necə yaşasın?ƏS (Y

T.ədalət 2020-07-29 14:45:38

Bu fəxri adlar"hakimiyyət qələmçilərinə"verilib.Onların arasında bitərəf və istedadlı jurnalist və ya yazarlar görmürəm.Elələri var ki,onların yazıları həqiqətin də üzərinə kölgə salır.Heyif büdcənin boş yerə verilən pullarına.Qürurunu qoruya bilməyənlərin dar ayaqda kimin yanında olacaqları məlum deyil....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol