Bu yaxınlarda Mədəniyyət naziri vəzifəsindən azad olunmuş Əbülfəs Qarayev hazırda evində dincəlir.
"AzPolitika" xəbər verir ki, Modern.az saytının əməkdaşı eks-nazirlə əlaqə saxlayaraq ondan müsahibə almaq istəsə də, Ə.Qarayev geniş danışmaq istəməyib.
Sabiq nazir hələ ki, hər şeyin yaxşı olduğunu bildirib:
“Mən mətbuatla əlaqə saxlamaq, mətbuata danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”.
Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Bundan xeyli əvvəl mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.
Həmin əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.
Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.
Əbülfəs Qarayev 13 noyabr 1956-cı ildə Bakı şəhərində anadan olub.
O, 23 saylı orta məktəbi bitirib. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb.
1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri;
1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri;
1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyətşünaslıq kafedrasında baş müəllim;
1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir işləyib.
1994-2001-ci illərdə Gənclər və idman naziri, 2001-2006-cı illərdə Gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və turizm naziri vəzifələrini tutub.
2018-2020-ci illərdə Mədəniyyət naziri vəzifəsində çalışıb.


Şərhlər
Əbülfəs Qarayevin baxışları əxlaqlı bir insanın görünüşüdür.Tənhalıq izi görünür.Sanki ona qarşı münasibətdən incimiş kimi görünür.Gəlin,etiraf edək ki,hakimiyyət eşalonunda ən tərbiyəli və humanist məmurlardan biri idi.....
Niye danismirsan lalsan.Vaxt geler danisarsanda,bulbul kimi ötusersende.
Deyir danışmaq istəmirəm.Yəni indi danışmaq istəmir....Ömrünün 26 ilini və ya 40 faizini(!!!!?????) NAZİR olmusan.Bu 26 ildə cəmi BİRCƏ DƏFƏ NAZİRƏ LAYİQ cəhənəm NAZİR orta səviyyəli bir adama layiq nəsə danışmısansa qoy ortaya, və indi naz elə ki, DANIŞMIRAM.NƏ DANIŞACAQSAN? VƏ YA NƏ DANIŞA BİLƏRSƏN? VOT ÇEM VOPROS!!!DANIŞMIRSAN İ ..... day nagayrım sözümün arasına MƏDƏNİYYƏT girdi yosa .....
Əbülfəs bəy narahat olmasın.Azərbaycanda nazir həps etmirlər.Tem boleye heçnədən xəbəri olmayıb.
Sərəncamla işdən azad edilən adamnecə və hansı məzuniyyətdə ola bilir?