Menu

Əli Kərimlinin təklifinə YAP-dan cavab gəldi – “Bu, siyasi alverdir...”

30.07.2020, 21:17
Əli Kərimlinin təklifinə YAP-dan cavab gəldi – “Bu, siyasi alverdir...”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu il iyulun 14-də Milli Məclis önündə baş verən hadisələr və bundan sonra cəbhəçilərin həbsə alınması ilə bağlı açıqlama yayıb.

Həmin açıqlamada hökumətə bəzi təkliflər ünvanlanıb: "Cəbhəçiləri azad edin, məni həbsə alın. Ya da cəbhəçiləri azad edin, bu payızda partiya sədrliyinə namizədliyimi vermərəm".

"Əli Kərimlinin bu təklifləri hakimiyyətə siyasi alver təklifləridir". Bunu isə "Turan" agentliyinə mövzu ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə söyləyib. Onun fikrincə, bu, "siyasi alver"də Ə.Kərimlinin qurduğu bir hiylə var: "O, Azərbaycan hakimiyyətini hüquqi çərçivədən çıxmağa təhrik etməyə çalışır. Sonradan da bundan öz xeyrinə istifadə etsin. Konkret hadisə olub, həmin hadisənin iştirakçıları hüquqi məsuliyyətə cəlb olunublar. Hüquq çərçivəsində də addımlar atılır".

Deputatın vurğulamasına görə, uzun illər siyasətdə olmasına baxmayaraq, radikal müxalifət təmsilçisi demokratik prinsipləri mənimsəyə bilməyib. Onun fikrincə, belə təkliflər verməkdənsə, Konstitusiya və qanunlar çərçivəsində hərəkət etmək, Azərbaycanda demokratiyanın dərinləşməsinə töhfə verilməsi istiqamətində fəaliyyət göstərmək daha düzgün olardı.

A. Mirzəzadə habelə vurğulayıb ki, Ə.Kərimlinin sədrliyi dövründə bu partiya maksimum dərəcədə paçalanıb və Azərbaycanda bu qədər parçalanmış ikinci bir partiya yoxdur.

Şərhlər

Şaiq 2020-07-31 08:58:28

Bitərəfəm, heç bir partiyanın üzvü olmamışam. Milli məclisə qanunsuz girməyi qınayıram, bu cinayətdir. Əli Kərimlini yalnız mətbuatdan tanıyıram, onun vəkili də deyiləm. Aydın müəllim, siz cəbhədə vuruşmamısınız. Könüllü olaraq cəbyəhə vuruşmağa gedən, vuruşan və QAZİ olan bir adam haqqında danışmağa hüququnuz yoxdur. Əli müəllimin korrupsiya, rüşvət alması ilə bağlı mətbuatda bir fakta rast gəlməmişəm. Sizin əmlaklarınız barədə isə çox yazılıb. O əmlakları hansı pulla alıbsınız. Əli Kərimli haqda söz deməyə mənəvi haqqınız da yoxdur.

Emin 2020-07-31 08:57:34

Təyin olunmuş deputat Aydın-Sənin demokratiyan seçki zamanı Mingəçevirdə göründüBu qədər haqsızlığa sənin göz yummağın körluq əlamətidirHeç olmasa öz talehini fikirləş

ejder 2020-07-31 00:49:15

AYE OĞRU NAZIRLERIN AZADLIQDA NIYE GEZIR,AY YAP ci

Musa 2020-07-30 23:47:49

Niyə alver olur. Günahsız insanları buraxın o istefa verəcəkdir. Deyibsə verəcək. Ağlın özünə getməsin

Musa 2020-07-30 23:45:32

Niyə alver olur.

Özgür 2020-07-30 23:37:34

malades sənə

miri 2020-07-30 21:50:59

Bu bəyanat "siyasi alver" hesab edən varsa, son günlər ordumuza dəstək hadisələr fonunda silsilə həbsləri...

Irsad 2020-07-30 21:46:28

Bu adam kimi aldatmaqa calisir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol