Menu

Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib

31.07.2020, 11:29
Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib

Dünya turizm sənayesi bu ilin yanvar-may aylarında 320 milyard ABŞ dolları məbləğində itki ilə üzləşib.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Məlumata görə, bu, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünün itkilərindən 3 dəfə çoxdur.

"2019-cu ildə dünyada dünyada 300 milyondan çox insan səyahət etmişdi. 2020-cu ildə koronavirus pandemiyasına görə bu rəqəm 50% azdır", - deyə qurum bəyan edib.

Qlobal turizmdə pandemiyaya görə tətbiq edilmiş məhdudiyyətlərin bir qismi ləğv edilsə də, əvvəlki vəziyyətin 2021-ci ildən tez bərpa olunmayacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol