Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə paytaxtın kommunal strukturlarından məlumat verilib. Avqust ayının 1-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.


Şərhlər
Yalanlardan bezmədiniz? Hansı küçələrdə dezinfeksiya aparılır? Yalnız televiziya ilə bir küçəni çəkmək üçün?Bu aldatmalardan hamı bezib.Belə idarəetmə heç Banqladeşdə yoxdur.ı