Menu

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

31.07.2020, 15:06
Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi müəyyənləşib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, parlamentin növbədənkənar iclası avqust 5-də keçiriləcək.

İclasın gündəliyinə isə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

2. “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş);

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

4. “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

5. “İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

Şərhlər

t.ədalət 2020-08-01 07:05:28

Əsas məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsidir.Digər məsələlər isə elə-belə gündəliyə atılmış yayıdırıcı metodlar üçündür.Bu fani dünyada kiminsə kiməsə qurduğu tələnin bir gün onun özünə qayıdacağı şəksizdir.Elə deputatlar üçün də.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol