Afrikada COVID-19-a yoluxanların sayı 944 minə çatır

Afrikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 943 808 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında qeyd olunub.

Bildirilib ki, son 24 saat ərzində 15 488 nəfərdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Afrikada 19 681 çox insan infeksiyadan həyatını itirib, 600 mindən çox pasiyent müalicə alaraq sağalıb.

Qitədə pandemiya ilə bağlı ən gərgin vəziyyət Cənubi Afrika Respublikasındadır.

Belə ki, ölkədə 503 290 nəfər virusa yoluxub, 8 153 insan isə COVID-19-un qurbanı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar