Menu

"Türkiyə Suriya və İraqda təhlükəli addımlar atır"

07.10.2014, 15:40
"Türkiyə Suriya və İraqda təhlükəli addımlar atır"

Türkiyənin İraq və Suriyada həyata keçirdiyi təhlükəli fəaliyyət barədə sayıq olmaq lazımdır.

SalamNews–un İRNA agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran İslami Şura Məclisinin (parlament - red.) sədri Əli Laricani bəyan edib.

O, Parlamentin mühafizəkar fraksiyaları ilə görüşündə regionda baş verən prosesləri müzakirə edib, Suriya-İraq probleminə toxunub.

İranlı spiker Türkiyənin İraq və Suriyada təhlükəli fəaliyyət həyata keçirdiyini bildirib və iranlıları bu barədə sayıq olmağa çağırıb.

Xatırladaq ki, Türkiyə Parlamenti ötən həftə keçirdiyi toplantıda ölkə Silahlı Qüvvələrinin Suriya və İraqda hərbi əməliyyatlar keçirməsinə razılıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol