Bəşər Əsəd Rusiyanın köməyi ilə Ayasofyanın kiçik nüsxəsini tikəcək - Türkiyənin “acığına”

Suriya hökuməti kilsə kimi istifadə olunmaq üçün İstanbuldakı Ayasofya kompleksinin kiçik nüsxəsini tikməyi qərara alıb. Tikintinin maliyyələşdirilməsinə Rusiya kömək edəcək. Bu barədə «Global Construction Review» nəşri yazıb.

Məbəd ölkənin qərbindəki Xama əyalətində yerləşəcək. Güman edilir ki, hazırlıq işlərinə artıq avqustda başlanacaq. Portalın fikrincə, bu addımı Rusiyanın Ərdoğana cavabı kimi şərh etmək olar.

«Türkiyədən fərqli olaraq, Suriya müsəlmanlarla xristianlar arasında dinc qonşuluğun, dinc dialoqun açıq nümayiş olunduğu ölkədir. Prezident Bəşər Əsəd həyatında heç vaxt məbədi bir dini icmadan alıb digərinə verməzdi» - bu barədə rusiyalı deputat Vitali Milonov bildirib.

«Əl-Modon» qəzetinin məlumatına görə, bu layihənin reallaşdırılması istiqamətində ilk fikri hökumətyönlü üsyançıların lideri Nabil əl-Abdulla (o, pravoslav xristiandır) irəli sürüb və məbədin tikintisi üçün öz torpağını ianə edib. İdeyanı Xamanın mitropoliti Nikola Baalbaki də dəstəkləyib. Ardınca bu təklif Rusiya Dövlət Dumasında bəyənilib.

Göründüyü kimi, Suriyada oğul (Bəşər Əsəd) atasının (Hafiz Əsədin) «xəyanət yolu»nu uğurla davam etdirir. Bu gedişlə, satqın oğlu satqın tezliklə «xaç suyuna girəcək».

AzPolitika.info

635x100

Şərhlər

Eli 2020-08-04 11:45:11

Emir Teymur 6 esr bundan qabaq bunların qiymetini verib.Bir de ereblerle iranlıların İslamla elaqesi yoxdur.Bunun bu hereketi şerefsizliyiiranlıların da ermenilere tarınmağı bunun sübutudur.

t.ədalət 2020-08-04 08:12:38

Bəşər Əsədin erməni kökənli olması göz önündədir.Elə onun Rusiya tərəfindən dəstəklənməsi də bunu sübut edir.

Eli 2020-08-04 01:02:52

Esli kökü qeyri müeyyen biridirBelelerine göredir ki fünya müselmanları esrlerdir birleşe bilmirler.Heç ereb dünyasında birleşe bilmirler.Bunlar bit Emir Teymur lazimdır

Xalq 2020-08-04 00:37:47

Rusiya və Suriyanın belə pulu varsa öz kasıb xalqlarına çörək versinlər.

Son yazılar