Menu

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törədib

04.08.2020, 23:01
Ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yanğınlar törədib

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

APA xəbər verir ki, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub. Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol