Menu

Neftin yuxarı qiyməti keçmişdə qaldı

07.10.2014, 16:25

oil_rigs_170212“Dünyada neft istehsalı azalır, ən əsası, tələbat azalır.

Qlobal neft bazarı ola bilsin ki, həlledici nöqtədədir. Neft bazarı defisit, yəni neft çatışmazlığı dövründən neft bolluğu dövrünə keçir.” Yəni, neftin yuxarı qiymətləri dövrünün yerinə neftin aşağı qiymətlər dövrü gəlir.

Bunu Reuters yazır. İyun ayından neftin qiyməti 20 faiz düşüb. 4 il idi ki, neftin 100 dollardan yuxarı qiyməti norma idi. İndi isə Çinin iqtisadi artımı azalır. Liviya və İraq neft istehsalını bərpa edir. Dünyada neft tarixinin ən tanınmış bilicilərindən olan Daniel Yergin deyir ki, ən əsası ABŞ-da neft istehsalı yüksəlir. Bu da neft bazarında tarazlığı pozub.

O deyir ki, Rusiyaya qarşı sanskiyalar, Yaxın Şərqdə vəziyyətin gərgin olmağı neftin qiymətini qaldıra bilmirsə, bu, artıq güclü əlamətdir.

2008-ci ildə neftin 150 dollarlıq qiyməti pik nöqtəsi olub. Bundan sonra neft hətta 40 dollardan da aşağı həddə düşdü.  /Reuters

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol