Menu

Kişi iki yaşlı oğlunu və özünü bıçaqladı - Bakıda ailə münaqişəsi

05.08.2020, 21:24
Kişi iki yaşlı oğlunu və özünü bıçaqladı - Bakıda ailə münaqişəsi

Bakıda ailə münaqişəsi zamanı 50 yaşlı Emil Xasıyev 2 yaşlı oğluna bıçaqla xəsarət yetirib. Hadisə Səbail rayonu, Şahlar Alahverdiyev küçəsi 67-də baş verib.

Kişi bundan sonra özünə də bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov virtualaz.org-a bildirib ki, polisin vaxtında müdaxiləsinin nəticəsində faciənin qarşısını almaq mümkün olub. Məlum olub ki, ailə münaqişəsi zəminində ata əvvəlcə 2 yaşlı övladına, daha sonra özünə xəsarət yetirib. Təcili tibbi yardım gələnə qədər polislər ata-balaya ilkin tibbi yardım göstəriblər. Hər ikisi xəstəxanaya çatdırılıb.

Faktla bağlı 29, 120.1-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol