Menu

Sahibə Qafarovadan Səhiyyə Nazirliyi ilə bağlı açıqlama

06.08.2020, 13:08
Sahibə Qafarovadan Səhiyyə Nazirliyi ilə bağlı açıqlama

“Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edirlər”.

“Report”xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Azərbayacanda Səhiyyə Nazirliyi yoxdur fikri yanlışdır”, o əlavə edib.

Qeyd edək ki, iclasda deputat Aqil Abbas Səhiyyə Nazirliyinin fəaliyyətini sərt tənqid edib. O deyib ki, xaxtilə əlilliyi Tibbi Sosial Ekspert Komissiyası (TSEK) verirdi: “Öz işçilərinə inamadılar əlilliyin təyinatını verdilər Səhiyyə Nazirliyinə. Guya ki, Səhiyyə Nazirliyi süddən çıxmış ağ qaşıqdı. Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Şərhlər

Mirzə AĞ 2020-08-06 13:20:18

Aqil doğru deyir, SN-nin yalnız adı var...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol