Menu

İŞİD silahları haradan alır?

07.10.2014, 16:45

isid

Foreign Policy məcmuəsi yazır ki, Conflict Armament Research adlı təşkilat İD silahaları ilə bağlı məlumatları təhlil edib.

Təşkilatın gəldiyi nəticə budur ki, İD yaraqlıları 21 ölkədə düzəlmiş silahla silahlanıb. Onların silahları arasında ABŞ, Rusiya, Çin silahları var.

Onlar silahı İraq və Suriya kimi münaqişə ocaqlarından əldə edir ( burda silah boldur) və ya Sudan kimi silah ixrcatçılarından alır.

İD yaraqlılarının silahının çoxu döyüş meydanında ələ

keçirilib. Ancaq İD neftdən böyük gəlir götürür və silahı birbaşa istehsalçılardan almağa da pulu var.

Conflict Armament Researchin son araşdırmasını Avropa Birliyi maliyyələşdirib. Təşkilat münaqişə zonalarına müstəntiqlər göndərib ki, İD hansı silahlardan istifadə edir. Onlar iyul ayından avqust ayına kimi İraqın şimalında və Suriyanın şimalında kürd döyüşçüləri ilə birlikdə silah daraqları yığıblar. Pulemyot,avtomat, tüfəng və tapançalara aid 1700 silah darağı və eləcə də mərmi nümunəsi toplanıb.

Bunları təhlil edəndə məlum olub ki, məsələn, bir daraq 1945-ci ildə SSRİ-də istehsal olunub.

Bu, silahların nə qədər uzun ömürlü olmasına sübutdur. 1700 daraq əsasında müəyyən olunub ki, bunlardan 492-si SSRİ-də və Rusiyada istehsal olunmuş silahlara aiddir.

Rusiya və SSRİ Suriyanın əsas silah təchizatçısı olub və İD Suriya qoşunları ilə vuruşanda bunları ələ keçirib.

İD silahları arasında ikinci yerdə ABŞ-da istehsal olunan silahlar gəlir. 1700 daraqdan 323-ü ABŞ-da istehsal olunan silahlara aiddir. O cümlədən M16A4 avtomatik tüfənginə. Bu tüfəngin istehsal olunduğu və Missuri ştatında yerləşən zavod gündə 4 milyon xırda çaplı silah və sursat istehsal edir.

Hesabtda başqa maraqlı nəticələr də var. Məsələn, Suriyada M16 avtoimatik karabini əldə etmək mümkün deyil. İD İraqın Mosul şəhərinin tutandan iki həftə sonra Suriyada döyüşlərdə M16 tüfəngindən istifadə ediblər.

Bu da “İD yaraqlılarının yüksək hazırlığını göstərir. Çünki silahdan döyüşdə yalnız o vaxt istifadə oluna bilər ki, silahla tam davrana biləcəyinə arxayınsan.” /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol