Menu

Roma Papası Avropa Şurasında çıxış edəcək

07.10.2014, 17:05
Roma Papası Avropa Şurasında çıxış edəcək

Roma Papası 1-ci Fransis noyabrın 25-də Avropa Şurasına rəsmi səfər edəcək.

Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın 20 sentyabrda Vatikana səfərinin ardınca Papa təşkilatın 65 illiyi münasibətilə Strasburqda keçiriləcək mərasimdə iştirak və çıxış edəcək.

Son dəfə vatikan suvereninin Avropa Şurasını ziyarət etməsi 1988-ci ilin 8 oktyabrına təsadüf edir.

Avropa Şurasının 40 illiyi münasibətilə Papa II Yohan Pavel Strasburqa dəvət olunmuşdu.

Vatikana Avropa Şurasında müşahidəçi statusu 1970-ci ilin 7 martında verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol