Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artdı

Gürcüstanda daha 7 nəfərdə koronavirus aşkarlanıb, 7 pasiyent müalicə olunaraq sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 1 213, sağalanların sayı isə 994 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 680, stasionar nəzarətdə isə 333 nəfər saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar