Menu

İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

07.08.2020, 11:00
İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı davam etdirilir.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934 mənzil və fərdi ev verilib.

2020-ci ildə isə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq son 20 gün ərzində 250 mənzil olmaqla, ümumilikdə 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlərin isə ilin sonunadək verilməsi planlaşdırılır. Ümumilikdə indiyə kimi şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

Şərhlər

t.ədalət 2020-08-07 11:06:08

Qarabağ müharibəsi əlillərinə Bakıda yaşadıqları yer üzrə yox, kənarda--Abşeronun ucqarlarında mənzil verirlər.Bunu əlillərə qayğı yox,Abşeronun kəndində tikdiklərti evləri satmaq üçün kommersantlara qayğı adlandırmaq daha doğru olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol