Menu

Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub - Onlardan biri ölüb

07.08.2020, 15:46
Qəbələdə iki azyaşlını elektrik cərəyanı vurub - Onlardan biri ölüb

Qəbələdə 4 yaşlı uşağı elektrik cərayanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yemişanlı kəndində baş verib.

Kənd sakinləri 2016-cı il təvəllüdlü Rəsul Elimdar oğlu Daşdıyev və onun qardaşını qonşularına məxsus həyətdə elektrik cərəyanı vurub. Nəticədə 4 yaşlı Rəsul Daşdıyev hadisə yerində ölüb, qardaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol