RAYONLARA GİRİŞ-ÇIXIŞIN YENİ QAYDALARI MÜƏYYƏNLƏŞDİ - Qərar

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə aşağıdakı şəxslərin giriş-çıxış məsələsi aşağıdakı qaydada həyata keçiriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.

Bildirilib ki, yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə almalıdırlar.

Bundan başqa, təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış və beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında hərəkət edə bilərlər. 

635x100

Şərhlər

Pensiyaçı 2020-08-08 01:05:53

Həmişə yarımçıq qərarlar verilir.Axı vətəndalar anlamalıdır ki,nəyə və necə icazə verilir.Respublika 13 rayondan ibarət deyil.Qrardan aydın olmur ki, qarantin rejimi tətbiq edilməyn rayonlaraBakı vətəndaşları nə zaman və necə sərbəst surətdə gedə bilər..Axı pensiyaçılar.işləməyənlər barədə heç bir məlumat verilmir.İnsan sağlamdırsa niyə sərbəst gedə biməsin?t

Adsiz 2020-08-08 00:17:28

Giya indiyedek nece idi ki? Ne deyishildi? Hechna!!

Son yazılar