“Covid-19 pandemiyası siyasi müharibədir” - Lukaşenko

Koronavirus pandemiyası sadəcə xəstəlik deyil, siyasi və iqtisadi müharibədir. Bu brədə avqustun 7-də Belarus prezienti Aleksandr Lukaşenko bəyan edib.

“Biz, birlikdə öhdəsindən gəldik - bütün tənqidlərə və gözügötürməyənlərə rəğmən. Onlar çox idilər, çox olaraq qalırlar və bundan az omayacaqlar. Çünki mən sizi 3 ay bundan əvvəl xəbərdar etdiyim kimi, pandemiya - sadəcə xəstəlik deyil. O, syasi və bu gün gördüyümüz kimi, iqtisadi müharibədir” - deyə, o, səhiyyə sistemi işçilərinə dövlət mükafatlaının təqdim olunması prosesinin gedişində bildirib.

Bu zaman prezident qeyd edib ki, bütün dövlətlər bu xəstəlikdən istifadə etməyə çalışırlar…

Xatırladaq ki, Belarusda Covid-19 infeksyasının yayılması ilə əlaqədar fövqəladə tədbirlər görülməyib. Bu zaman Aleksandr Lukaşenko koronavirusla əlaqədar dünyada süni panika yaradılmasını dəfələrlə qeyd edib. Ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsazibədə Belorus lideri qeyd edib ki, istənilən xəstəlikdən dəhşətlisi - beyindir.

«Əgər panikaya təslim olsan, sən ölüsən, nə vaxt KİV-nin hamısı ay-ay-ay zurnası çalmağa başladılar, tamam: ekskovatorla qəbir qazırlar, bunu vəhşi şərhlərlə müşayiət edirlər, bizdə isə bütün bunlara baxırlar…» - deyə, Lukaşenko bildirib.

Həmçinin əlavə edib ki, Belorus heç vaxt Covid-19 infeksyasını inkar etməyib və onunla mübaizədə lazımi tədbirləri görüb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar