Menu

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

07.08.2020, 23:12
Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 6872 koronavirus testi edilib. Onlardan 129-u pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 773 051-ə çatıb. 

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 261 nəfərdir. Onlardan 50 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 3197 nəfər aktiv koronavirus xəstəsi var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol